Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 601,2 milyon ABŞ dolları dəyərində 30 minə yaxın hibrid avtomobil idxal olunub.
Tezadlar.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 84,3 faiz və ya 275 milyon dollar, say baxımından isə 2,6 dəfə və ya 18,6 min ədəd üstələyir.
Ümumilikdə cari ilin ilk 7 ayında ölkəyə 1,17 milyard dollar (+24,1 faiz) dəyərində 63,4 mindən (+23,9 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 47,25 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 25,2 faiz bəndi çoxdur.