6 Fevral 2026 / 16:33

Azərbaycanda 13 il ərzində ərzaq məhsulları az qala 13 dəfə bahalaşıb-TƏCİLİ

…Artıq heç kimə sirr deyil ki, Dövlət aqrar sahəyə hər il yüş milyonlarla manat subsidiya verir, güzəşt tətbiq edir, amma kənd təsərrüfatı məhsullarımız artmaq əvəzinə, azalır… Azaldıqca da bahalaşır… Bahalaşdıqca isə broylerlərimiz artır, Monqolustandan, Afrikanın acından batıb qırılan ölkələrindən, Gürcüstandan… Azərbaycana ət daşıtdırır bəzi məmurlar!

Təsəvvür edin, son 13 ildə ərzaq məhsullarımız az qala elə 13 dəfə bahalaşıb. Xarici düşmənlərlə mübarizədə və müharibədə olan Prezident həm də aqrar sahələrimizin bu “daxili düşmənləri” ilə də mübarizə aparmalıdır? Bəs onların vəzifəsi nədir?

***

Aşağıdakı şəkildə təsvir edilən cədvələ diqqətlə baxın: təsvir olunan rəqəmlər 2013-cü ildən 13 il sonra- 2026-cı ildə olan qiymət artımıdır. Tanınmış hüquqşünas Aslan İsmayılov narahatlıqla deyir ki, bu nəs olan 13 rəqəmin dünyada gedən müharibələrə və ya digər proseslərə qəti aidiyyətli deyil… Bu, bəzi cavabdeh məmurlarımızın-nazir və icra başçılarımızın… fəaliyyətsizliyinin, ölkənin ərzaq təhlükəsizliyinə cavabdehsizliyinin-məsuliyyətsizliyinin nəticəsidir!

Ola bilər kimsə desin ki, bu qiymət artımı manatın infilyasiyası, yəni dəyərdən düşməsi ilə əlaqəlidir. Yox, bu az faiz təşkil edir. Ərzaq bol olsa, manat nə qədər dəyərdən düşsə belə, qiymət artımı bu qədər ola bilməz! Bu, yalnız və yalnız yerli məhsullarımızın azalmasının “bəhrəsidir”! Məhsul az olduqca, tələbat artır… Tələbat yerindədir-amma ərzaq azalır və qiymət qalxır! Daha dəqiqi, qaldırırlar…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!