24 Noyabr 2025 / 14:34

Azərbaycanda da çox sevilən məşhur hind aktyoru dünyasını dəyişdi

Məşhur Bollivud aktyoru Dharmendra (əsl adı Dharam Sinqh Deol) vəfat edib.

Tezadlar.az   xəbər verir ki, aktyor bu gün 89 yaşında dünyasını dəyişib. O, bir aydan çoxdur ki, yaşla bağlı səhhətində yaranan problemlərlə mübarizə aparırdı. Aktyor bu yaxınlarda xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Dharmendra “Çiçək və daş”, “Gözəl və məğrur”, “Zita və Gita”, “Sevimli Raca”, “Əlibaba və qırx quldur” kimi bir çox məşhur filmdə rol alıb.

axşam.az

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!