30 İyul 2025 / 11:53

Azərbaycanda orqan nəqli gözləyənlərin sayı 910 nəfərə çatıb – ən çox sümük iliyi və böyrək…

Hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

“Böyrək transplantasiyası üçün növbə gözləyənlərdən 18-i uşaq, 280 nəfəri böyükdür. Bununla yanaşı, qaraciyər transplantasiyası üçün 5 uşaq, 118 böyük, sümük iliyi transplantasiyası üçün 371 uşaq, 93 böyük, buynuz qişa transplantasiyası üçün isə 2 uşaq, 23 böyük hazırda növbə gözləyir”, – məlumatda qeyd olunub.

report

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!