16 Sentyabr 2025 / 21:08

Azərbaycanda strateji sənədlərin hazırlanmasında “McKinsey & Company” ilə əməkdaşlıq başlanır

Azərbaycanda bir sıra hüquqi çərçivənin və strateji sənədlərin hazırlanması və təkmilləşdirilməsi məqsədilə ABŞ-nin “McKinsey & Company” konsaltinq şirkəti ilə əməkdaşlıq ediləcək.

Tezadlar.az xəbər verir ki, bu istiqamətdə işlərin təşkili üçün İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” MMC hazırlıqlara başlayıb.

Məlumata əsasən, “McKinsey & Company”nin Azərbaycandakı filialı “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun hüquqi çərçivəsinin təkmilləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, “yaşıl sənaye zonası”nın yaradılması, İnvestisiyaların sürətləndirilməsi çərçivəsinin formalaşdırılması, 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması istiqamətlər üzrə məsləhətçi xidmətləri göstərəcək.

Bu işlərin ümumi dəyərinin 9,6 milyon manat təşkil edəcəyi gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!