9 Sentyabr 2025 / 15:49

Azərbaycandan ABŞ-a quru meyvə ixrac ediləcək

Amerika Birləşmiş Ştatlarının Kaliforniya və Nyu-York ştatlarına Azərbaycandan quru meyvələrin ixracına dair hazırlıq işləri aparılır.

Tezadlar.az   “Azexport” portalına istinadən xəbər verir ki, mövzu ilə bağlı Dolcha Foods şirkəti ilə keçirilən görüşdə Amazon və eBay kimi platformalarda satış imkanları, ABŞ bazarının spesifik tələbləri və məhsul dizaynları ətraflı təhlil edilib, elektron ticarət imkanları müzakirə edilib. Məhsulların qablaşdırma və dizayn standartlarına uyğunlaşdırılması, eləcə də sertifikatlaşdırma əsas prioritet kimi qiymətləndirilib.

Bildirilib ki, Dolcha Foods şirkəti tərəfindən məhsullar üçün FDA (Food and Drug Administration) qeydiyyatı tamamlanıb, qida dəyəri (Nutrition Facts) cədvəlləri hazırlanıb, etiketlər çoxdilli dizayn olunub. Hazırda allergen xəbərdarlıqları və istehsal partiya kodları əlavə olunur.

Görüşün sonunda tərəflər ABŞ-yə quru meyvə ixracı üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!