MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununa çıxacaq.
Tezadlar.az xəbər verir ki, Raşa Deliçin rəhbərlik etdiyi yığma 1/4 finalda Litva seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:15-də start götürəcək.
Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Niderland yığmasına 13:19 hesabı ilə məğlub olub, ikinci görüşdə isə Çexiyanın “Praqa” klubuna 16:12 hesabı ilə qalib gələrək qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.
RÖVŞANƏ