Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdü.
Tezadlar.az xəbər verir ki, 24 mart 1981-ci ildə Astaranın Əzərüd kəndində anadan olan Pəncəli Teymurov orta təhsilini rayon məktəbində alıb.
Hərbi xidmətini başa vurduqdan sonra könüllü şəkildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirərək uzun illər Azərbaycan ordusunda fəaliyyət göstərib.
2016-cı ilin Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən gizir Talış yüksəkliklərinin azad olunması uğrunda vuruşarkən şəhid olub. O, doğulduğu kənddə dəfn edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Pəncəli Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.