Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paris şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclasları keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən “Təzadlar”a bildirilib ki, tədbirlərdə Azərbaycanın BNF-yə sədrlik çərçivəsində müəyyən etdiyi prioritetlərin əhəmiyyəti vurğulanıb. Üzv ölkələr qlobal nəqliyyat siyasəti üzrə dialoqun gücləndirilməsi, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, dayanıqlı nəqliyyat sistemlərinin təşviqi istiqamətində Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib.
İclaslarda təşkilatın fəaliyyət proqramı, qarşıdakı dövr üçün strateji prioritetlər və qlobal nəqliyyat siyasətinin inkişafı ilə bağlı əsas istiqamətlər müzakirə olunub. Eyni zamanda 6-8 may tarixlərində Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçiriləcək BNF Zirvə Toplantısının proqramı və hazırlıq məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, hər il keçirilən Zirvə Toplantısı nəqliyyat nazirləri və sektor liderlərinin ən böyük görüş platforması hesab olunur. Bu il tədbir “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr ediləcək.