Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Dekabr 2025 / 16:46

Azərbaycanla sülh danışıqları Ermənistana turist axınına səbəb olub və…

“Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmağa maraq göstərib, həmçinin Çinlə əlaqələri dərinləşdirmək istəyir”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın investisiya cəlbediciliyinin artmasına və turizm sektorunun inkişafına töhfə verib. “ABŞ-də sənədlərin imzalanmasından sonra (Vaşinqton razılaşmaları -red.) Ermənistana investisiya marağı artıb. Biz Avropa İttifaqının (Aİ) iştirakı ilə, o cümlədən TRIPP layihəsi çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıyıq”, – o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, Aİ-nin vəd etdiyi 2,6 milyard avrodan 500 milyondan çoxu artıq ayrılıb: “Biz TRIPP layihəsinin həyata keçirilməsində müsbət irəliləyişə nail oluruq və layihə təyin etdiyimiz müddətlərdə həyata keçiriləcək”.

O əlavə edib ki, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ermənistanın elektrik şəbəkələrinin Gürcüstan və Türkiyə şəbəkələrinə qoşulmasında İrəvana yardım etməyə hazır olması ilə bağlı bəyanatı elektrik enerjisinin idxalı və ixracı üzrə konkret proqrama aiddir. Eyni zamanda, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin gələcək idarəçiliyi məsələsinə toxunmur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!