Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Mart 2026 / 10:47

Azərbaycanlı alim İsraildə vəfat etdi

Şamaxı şəhərində anadan olan Raisa Borisovna Sinitsına 102 yaşında İsraildə vəfat edib. Tezadlar.az xatırladır ki, R.Sinitsına uzun illər əvvəl Azərbaycandan Leninqrada köçüb, II Dünya müharibəsi vaxtı xeyli müddət mühasirədə yaşayıb. Blokadanın götürülməsinin 75 illiyi münasibətilə xatirə şamını yandırmaq şərəfinə layiq görülüb. Leninqrad Konservatoriyası nəzdində fəaliyyət göstərən 10 illik musiqi məktəbini violonçel ixtisası üzrə bitirən Raisa həvəskar orkestralarda çıxış edib. Əsas peşəsi isə həkim-pediatr olub. O, nəhayət, 1992-ci ildə İsrailə köçüb. 2019-cu ildə israilli rejissor E.Qraboy müxtəlif kateqoriyalarda çoxsaylı mükafatlar qazanan “Raya Sinitsınanın müharibəsi” sənədli filmini çəkib. Gənc yaşlarında Azərbaycandan ayrılsa da, İsrail-Azərbaycan “Azİz” assosiasiyasının tədbirlərində tez-tez iştirak edib.

Rəhmət olsun!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!