Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azcosmetics” MMC-nin rəhbəri Kənan Zeynalovun, “AzEstetik” MMC-nin işgüzar nüfuzuna zərər vurmaq məqsədi ilə sosial şəbəkələrdə yaydığı qərəzli videoçarxların silinməsi və özünün şəxsən həmin şəbəkələrdə videofarmat şəklində təkzib verib, üzr istəməsi Bakı Kommersiya Məhkəməsinin qərarında əksini tapıb

Rəşad QASIMOV
Tezadlar.az saytının 11 oktyabr 2024-cü il sayında ““Azcosmetics” MMC-nin vergi ərköyünlüyü” başlıqlı yazı dərc etmişdik. Yazıda bu şirkətin rəhbəri Kanan Zeynalovun vergidən yayınması faktları əks olunmuşdur. Tibbi və estetik cihazların alqı-satqısı ilə məşğul olan “Azcosmetics” MMC-nin rəhbəri K.Zeynalov, satdığı avadanlığın pullarını müştərilərə şirkətin bank hesabına yox, işçilərin şəxsi kart hesabına ödətdirir. Bu faktlar barədə adı çəkilən yazıda konkret şəxslərin adı, ünvanı və kart nömrəsi göstərilməklə, geniş yazı verilmişdir. Vətəndaşların şəxsi kart hesabına pulların ödənilməsi isə, birbaşa vergidən yayınmaqdır.
Bütün bunlara aydınlıq gətirmək üçün həmin vaxtda əks tərəf kimi K.Zeynalovun da mövgeyini dərc etmişdik. İstəyirəm K.Zeynalovla həmin vaxt olan söhbətimizin bəzi hissəsini bir daha xatırladım və sonra yazımıza davam edərik.

Kənan Zeynalov:
– Deyilənlərin heç bir əsası yoxdur. Bunlar mənə və şirkətimizə qarşı şər və böhtandır. Bu küləyin haradan əsdiyini də bilirəm. Adlarını çəkdiyiniz şikəyətçilərin qeyd etdikləri faktlar, iki il bundan əvvəl olan məsələlərdir. O vaxt mən şikayətçi Aynura Əsgərovanı şər və böhtana görə polisə vermişdim. Nəsimi Rayon Polis İdarəsində həmin xanımı 50, ya da 55 manat cərimə etmişdilər. Söz vermişdi ki, bir də belə hərəkət etməyəcək. Tükazban Məhərrəmovanı isə məhkəməyə verib qalib gəlmişəm. Çünki dediklərini məhkəmədə sübut edə bilmədi. Mən dövlətin vergisini də tam qanuna uyğun olaraq, vaxtlı-vaxtında ödəyirəm. Sizə deyilənlərin hamısı yalandır və bunlar mənə qarşı rəqib olan şirkətin məni gözdən salmağ üçün etdikləri faydasız addımlardır.
– Kənan bəy, o hansı şirkətdir ki, sizə rəqibdir və düzgün olmayan mübarizə üsulu seçiblər?
– Həmin şirkət “Azestetik” MMC-dir. Onlar mənim haqqımda həqiqətə uyğun olmayan yazılar və məni təhqir etmək üçün montaj edilmiş videolar yayırlar.
– Kənan bəy, niyə iki şirkət gücünüzü uğurlarınıza, daha da inkişaf etməyinizə yox, bir birinizlə mübarizəyə sərv edirsiniz? İndi mən o şirkəti tanımıram. Təbii ki, onların da bu məsələ ilə bağlı mövqelərini öyrənəcəyəm…
Bu yazı dərc olunandan sonra “Azestetik” şirkəti ilə maraqlandım. K.Zeynalovun bu şirkət haqqında sosial şəbəkələrdə yaydığı neqativ videoçarxlardan başqa heç bir mənfi münasibətə rast gəlmədim. Əksinə. xeyli müsbət fikirlər və keyfiyyətli, həmçinin sərfəli qiymətə satdıqları avadanlıqlar haqqında xoş sözlərə rast gəldim. Bu şirkətin də mövqeyini öyrənmək qərarına gəlmişdim. Amma obyektiv və subyektiv səbəblərdən şirkət rəhbərliyi ilə görüşmək və tanış olmaq həmin vaxtlarda alınmadı. Bu günlərdə isə, elə K.Zeynalovun ətrafından eşitdim ki, “Azestetik” MMC şirkəti K.Zeynalovun haqsızlıq etdiyi və şirkətə qarşı sosial şəbəkələrdə yaydığı videoçarxların yalan və qərəzli olduğu məhkəmədə sübut edilib. Deməli, K.Zeynalov indiyə qədər vergidən yayındığı kimi, “Azestetik” şirkəti haqqında da qərəzli, həqiqətə uyğun olmayan kampaniya aparırmış. Bunu eşidəndən sonra “Azestetik” şirkətinin rəhbərləri Rəşad Qasımov və Fariz Məmmədov, həmçinin şirkətin hüquqşünası Əli Quluzadə ilə görüşdüm. Məlum oldu ki, R. Qasımov və F.Məmmədov bu şirkəti sıfrdan başlayaraq, yaradıblar və bu gün onu sayılıb-seçilən, tanınmış bir şirkət halına gətiriblər. “Azestetik” şirkətinin satdığı tibbi avadanlıqların qiyməti sərfəli, özünün isə çox keyfiyyətli olduğunu burada reklam etmək fikrim yoxdur. Sadəcə, bu şirkətdən avadanlıq almış bir neçə müştərinin olduqca məmnun olduğunu gördüm. Müştərilən fikirlərinə də, reklam xarakterli olduğu üçün geniş yer vermək istəmirəm. Amma şirkətin rəhbərləri F.Məmmədov və R.Qasımovla olduqca maraqlı söhbətimizi alındı. Mən bu iki şəxsin timsalında olduqca səmimi, işgüzar, dövlətinə, vətəninə bağlı, vətənpərvər və qanunların aliliyinə hörmət edən insanları gördüm. Hər ikisindən eyni vaxtda müsahibə götürmək istədim. Fariz bəy vacib işi olduğunu bildirib, getmək istəyirdi. Ona görə də, necə deyərlər, güc Rəşad bəyin üzərinə düşdü. Həm Rəşad bəylə, həm də şirkətin hüquqşünası Əli bəylə xeyli söhbət etdik. Əli bəy bizə K.Zeynalovu məhkəməyə verdikərini bildirdi və sonuncu məhkəmənin qərarının sürətini də mənə təqdim etdi. Bakı Kommersiya Məhkəməsi olduqca maraqlı və ədalətli qərar qəbul etmişdir. Və bu qərar da Ali Məhkəmənin 30.04.2025-ci il tarixli 2-2 (102)-173/2025-nömrəli qərarı çıxarılmışdır və həmin qərar 15 iyun 2025-ci il tarixdən icraya yönəldilib. Bəs bu maraqlı qərarda nə yazılıb? Gəlin həmi qərardan bəzi hissələr istəkli oxucuların diqqətinə çatdırım.
Məhkəmə qərarından sitat: “Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındaki hesabında 18.04-2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “ÜERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlimatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındaki hesabında videoçarx vasitəsi ilə təkzib verilsin.

Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Youtube” platformasındaki hesabında 14.01.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun.
Həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, məştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A8 cihazlarının bar sistemi Amerika istehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmamamsı barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındaki hesabında videoçarx vasitəsi ilə təkzib verilsin.
Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındaki hesabında 19.04.2023-cü il tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar”. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin”.
Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova olduqca obyektiv qərar qəbul edib. Nə yaxşı ki, belə obyektiv hakimlərimiz var.Məhkəmə araşdırması zamanı sübut edilib ki, “AzCosmetics” MMC-nin rəhbəri Kənan Zeynalov indiyə qədər qərəzli şəkildə “AzEstetik” MMC-nin fəaliyyəti barədə həqiqətə uyğun olmayan, şər və böhtan dolu sosial şəbəkələrdə videoçarxlar paylaşaraq, şirkətin işgüzar nüfuzuna ləkə vurmağa çalışıb. “Ləkə vurmağa çalışıb” ona görə deyirəm ki, axar su murdar götürmədiyi kimi, “AzEstetik” MMC-nin işinə K.Zeynalovun şər və böhtan dolu bu videoçarxları heç bir zərər verməyib. Amma mənəvi zərərdən danışa biilərik. Çünki onlardan avadanlıq alan müştərilərin bilik səviyyəsi və dünyagörüşü yetərincədir və hansı malın keyfiyyətli, ya da keyfiyyətsiz, hansı malın ucuz ya baha olduğunu çox yaxşı bilirlər. Bu səbəbdən də, şirkət öz normal fəaliyyətini davam etdirib və etdirməkdədir. Yəni ataların dediyi kimi “Yel qayadan nə aparır ki?”.

K.Zeynalovun “Az Estetik” MMC barədə indiyə qədər şər və böhtan dolu yaydığı videoçarxlar, nəhayət, öz başında çatladı. Təsəvvür edin, şər və böhtanın dozası nə qədər çox olub ki, K.Zeynalovun sosial şəbəkələrdə indiyə qədər yaydığı videoçarxların silinməsi barədə məhkəmə qərar çıxardıb. Ən maraqlısı odur ki, həmin sosial platformalarda K.Zeynalovun videoformat şəklində təkzib verib. Üzr istəməsi məhkəmə qərarı ilə tələb olunur. Yəni, K.Zeynalov bu günə qədər “Az Estetik” MMC-nin fəaliyyəti barədə qərəz dolu məlumatlar yaydığının yalan olduğunu söyləməlidir. El dili ilə desək, bu, “qələt eləmişəm” kimi bir şeydir. Qələt, pis söz deyil, səhv etmişəm deməkdir. Amma bu səhvini K.Zeynalov, məhkəmə qərarından bir ay vaxt keçməsinə baxmayarq. hələ də etiraf etməyib. Amma bunun özü də səhv və qanunsuzluqdur. Çünki məhkəmə qərarı Azərbaycan Dövlətinin adından çıxarılır. Görünür K.Zeynalov söylədiyi yalan və etdiyi qələtlərinə o qədər inanıb ki, artıq özünü toxunulmaz ali bir varlıq hiss edərək, Azərbaycan Dövlətinin və onun qanunlarının fövqündə görür. Belə olmasaydı, bir ay ərzində səhvlərinin etiraf edərək, öz işiylə məşğul olmalıydı. Zatən görüləsi daha bir işi də qalmayıb. Səbəb də odur ki, indiyə qədər bütün işini. gücünü “Az Estetik” MMC-nin fəaliyyətini ləkələmək və gözdən salmaq üçün videoçarxlar hazırlamağa sərf etmişdi. Buna da məhkəmə qərarı ilə son verildi. Əziyyət və vaxt sərf edib, hazırladığı o qədər videoçarxlar indi silinməlidir. Bəs bu yazıq indi nə işlə məşğul olacaq? Yəqin ki, məhkəmənin bu obyektiv qərarından sonra Dövlət Vergi Xidməti də, sabiq işçisi olmuş K.Zeynalovu bekar qalmağa qoymacaq. Yox, onu vaxtı ilə etdiyi qanunsuzluqlara görə çıxardıqları işinə bərpa etməyəcəklər. Sadəcə, dediyimiz kimi, satdığı avadanlıqların pulunu şirkətin hesabına yox, şəxsi kart hesablarına ödətdirməklə, iri məbləğdə pulları vergidən yayındırdığı üşün vaxtını alacaqlar. Ola da bilər iş bir az da böyüyər, korrupsiya faktı üzə çıxar və K.Zeynalov bir neşə illiyə “istirahətə” də göndərilə bilər.
Şəxsi kartlara K.Zeynalovun pullar ödətdirməsi barədə, yuxarıda adını çəkdiyimiz ötənilki yazıda geniş məlumat vermişik. Amma yenə də bu barədə redaksiyamıza şikəyətlər daxil olmaqdadır. Şəkidən İlahə xanım adlı şəxs bugünlərdə redaksiyamıza zəng edib “AzCosmetics” MMC-nin rəhbəri K.Zeynalovdan şıkayətçi olduğunu bildirdi. Xanımla telefon söhbətimizdən aydın oldu ki, həmin şirkətdən 26 min manat qiymətinə avadanlıq alıb. İlkin ödəniş olan 5 min manat pulu K.Zeynalovun təqdim etdiyi şəxsi kartına ödəyib. Tədricən həmin karta İlahə xanım 16 min manat, ilk ödəniş ilə birlikdə isə, 21 min manat pul ödəyib. Amma K.Zeynalov İlahə xanımı pulu ödəməməsi adı ilə məhkəməyə verib və ondan 21 min manat pul tələb edir. Sual olunur, bəs bu xanımın indiyə qədər şəxsi karta ödədiyi 21 min manat pul hara qeyb oldu? İlahə xanımın ürəyinin dolu olduğunu görüb, redaksiyamıza dəvət etdik ki, onunla “Təzadlar”ın canlı efirində ətraflı söhbət edək. ilahə xanəm söz verdi ki. bu günlərdə redaksiyamıza gəlib K.Zeynalov haqqında şok faktlar açıqlayacaq.
Göründüyü kimi, K.Zeynalov öz bəd əməllərindən əl çəkmək fikrində deyil. Amma onun “AzEstetic” MMC-yə qarşı bəd əməllərinin qarşısı məhkəmə qərarı ilə alındı. Yəqin bundan sonra, Dövlət Vergi Xidməti və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də yaxın zamanlarda K.Zeynalov haqqında öz qərarlarını verəcəklər.
İndi isə, “Az Estetic” MMC-nin iki rəhbərlərindən biri, Rəşad Qasımovla olan videomüsahibəni sizlərə təqdim edirik. İnanıram ki, elə bu müsahibədə R.Qasımovun və F.Məmmədovun necə işgüzar və vicdanlı iş adam olduqları barədə geniş təsəvvürünüz olacaq.
Elçin MƏMMƏDLİ
https://www.youtube.com/watch?v=cyJ-8-rjEq0