26 Noyabr 2023 / 10:56

AZOV DƏNİZİ ÜZƏRİNDƏ İKİ UKRAYNA S-200 RAKETİ VURULUB

Azov dənizi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri yer hədəflərini vurmağa çevrilmiş iki Ukrayna S-200 zenit-raket kompleksini aşkar edərək məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 26-da Moskva vaxtı ilə saat 11:00 radələrində Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı yer hədəflərini vurmağa çevrilmiş S-200 zenit-raket komplekslərindən istifadə edərək terror aktına cəhd edib. Rusiya hava hücumundan müdafiə sistemləri Azov dənizi üzərində havada iki Ukrayna raketini aşkar edərək məhv edib”, – deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!