20 Noyabr 2025 / 08:27

“AZSUR GROUP” MMC Ağstafanın balaca küçələrində 26 milyonluq hansı təmir işini görə bilər?

Ağstafaya ayrılan 25 milyon 680 min manatlıq tender hara yoxa çıxır?
Ağstafa – ölkənin ən kiçik rayonlarından biri. Amma nədənsə hər il bu balaca rayona “abadlıq işləri” adı ilə milyonlarla manat vəsait ayrılır. 2025-ci ildə isə rəqəm bir az da absurd səviyyəyə çatıb: 25 milyon 680 min AZN.
Özü də tenderin icra tarixi cəmi iki ay yarımdır. İndi sual yaranır: Bu qədər böyük vəsaitlə hansı küçə, hansı qəsəbə, hansı obyekt abadlaşdırılıb ki, heç kim görmür?
Açıq məlumatlara baxsaq, Ağstafanın küçələrində bu məbləği doğruldacaq bir iş tapmaq mümkün deyil. Rayonun ölçüsü, infrastrukturun həcmi və real vəziyyət bu rəqəmlərlə üst-üstə düşmür. Bu qədər vəsaitin “abadlıq” adı ilə ayrılması isə daha çox şübhə doğurur, nəinki inam.
Maraqlıdır:
1. Abadlıq işləri konkret olaraq harada aparılıb?
2. Bu işlərə dair şəffaf hesabat varmı?
3. 25 milyonluq işləri kim görüb?
Bu tenderin qalibi olan “AZSUR GROUP” MMC və Ağstafa RİH-in bu layihə ilə bağlı təqdim edəcəyi bir dənə də olsun real fakt, şəkil, hesabat varmı?
Hesablama Palatası və Maliyyə Nazirliyi bu məsələni 2024–2025-ci illər üzrə ciddi auditə cəlb etməlidir. Çünki söhbət sıradan rəqəmdən yox, kiçik bir rayon üçün ağlasığmaz məbləğdən gedir.
Bu suallar cavabsız qaldıqca, cəmiyyətin şübhələri də artmağa davam edəcək…
Kamal Əsgərov
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!