3 Mart 2024 / 11:14

BƏZİ RAYONLARDA YOLLAR BUZ BAĞLAYACAQ

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a bildiriblər ki, martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Eyni zamanda, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!