Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rəsmi Vaşinqton dünən bir daha bildirib ki, Azərbaycanın və Ermənistanın sülh sazişi əldə etmək cəhdlərini dəstəkləyir.
Tezadlar.az CNN- ə istinadla bildirir ki, ABŞ- ın dövlət katibi Entoni Blinkenin iki ölkə liderlərləri ilə Münhendə keçirdiyi görüşlərdə məhz bu məsələ müzakirə olunub. Dövlət Departamentinin rəsmisi Metyu Miller TURANın suallarını cavablandırarkən isə deyib: “İki lider Münhendə ikitərəfli görüş keçirib və ABŞ sülhə nail olmaq üçün öz yardımını və dəstəyini davam etdirəcək”.
“Bəs bu sülhün yaxın oldugunu olduğunu deyə bilərikmi?”,- sualına Miller belə cavab verib: “Sülh əlçatandır və Dövlət Katibi iki ölkənin liderləri ilə bunu müzakirə edərək, qalan bir neçə problem məsələnin aradan qaldırılması üçün birlikdə işləməyə çağırıb.”
Demək, rəsmi İrəvan artıq Rusiyanın himayəsindən indi də ABŞ- ın diqtəsinə keçib. Bu olduqca maraqlı məsələdir…
A.Məmmədli