Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi davam edəcək, sovet dövründəki dövlətlərin sərhədləri bərpa edilməlidir.
Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.
“Bizə məxsus, lakin Azərbaycanın nəzarətində olan ərazilər də var, Azərbaycana məxsus, lakin bizim nəzarətimizdə olan ərazilər var. Delimitasiya prosesi davam etməlidir. Harada ki, Azərbaycana məxsus ərazilərimiz varsa, biz onları qaytarmalıyıq. Harada ki, Azərbaycana məxsusdur, amma bizim ərazimizdirsə, onlar da qaytarılmalıdır. Müstəqil Ermənistanın ərazisi Sovet Azərbaycanının ərazisi ilə eynidir”, – qeyd edib.
E.ŞİRİNOV