Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı – Quba yolunun 30-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Abdullayev Samiq Fərhad oğluna məxsus, dayanmış vəziyyətdə olan “MAN” markalı, 77-BT-544 dövlət nömrə nişanlı yük avtomobilinə 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habil oğlunun idarə etdiyi “Mercedes ML” markalı, 77-TB-495 dövlət nömrə nişanlı minik avtomobili çırpılıb.
Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi xəsarətləri alıb. Yük avtomobilinin sahibi Samiq Abdullayevin döş qəfəsində əzik və sağ ayağında sınıq aşkarlanıb.
“Mercedes ML”də sərnişin qismində olan 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.