Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Həyəcanlı anlar artıq arxada qaldı… Belə ki, Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Tezadlar.az xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Beləliklə, Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
XXX
Həmişə uğurları ilə seçilən Bakı Slavyan Universitetinin 2025-2026-cı tədris ilində bakalavriatura təhsil proqamları üzrə nəzərdə tutulmuş 1440 plan yerinə 1430 nəfər qəbul olmuşdur. Bu barədə universitetin rektoru cənab Anar Nağıyev özünün sosial media hesabında yazıb. Sitat: “…Bununla da qəbul nəticələrimiz 99.3% səviyyəsində qərarlaşmışdır. Bütün tələbələrimizi və BSU komandasını təbrik edir, qarşıdan gələn tədris ilində uğurlar arzulayıram!”.
Tələbə adını qazanan bütün keçmiş abituriyentlərimizi təbrik edirik.
A.Məmmədli