Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 11:41

Bakıda balıqların göldə kütləvi ölümü- SƏBƏB ZƏHƏRLƏNMƏDİRMİ?

Ötən gün Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır. Tezadlar.az xatırladır ki, Kənd Təsərrüfatı Nazirliyi bu barədə məlumat yayıb.  Beləliklə, bu dövlət qurumlarının mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Yerli sakinlərin ehtimallarına görə isə, axarı olmayan gölə ətraf yaşayış ərazilərindən çirkab suları axıdılır. Bu isə göldə balıqlar üçün zəhərləyici su mühiti yaratmaqdadır.

Bütün hallarda, rəsmi qurumlar qərarını ortaya qoyandan sonra hər şey bəlli olacaq.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!