12 Avqust 2025 / 20:05

Bakıda gündüz oğurluq: 806 manatlıq pul və zinət əşyaları ələ keçirildi

Bakının Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, naməlum şəxslər gündüz saatlarında zərərçəkənin evinin pəncərəsindən içəri daxil olaraq 106 manat nağd pul, 700 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirilib.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 55 yaşlı İ.Məmmədov və əvvəllər məhkum olunmuş 25 yaşlı R.Şəfəqqətov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!