5 Sentyabr 2025 / 10:27

Bakıda keçirilən ICPC 2025-in Dünya Çempionu Rusiya universiteti olub – ekspert fikirlərini bölüşüb

Bakıda keçirilən və başa çatan ICPC 2025-in Dünya Çempionu – Sankt-Peterburq Dövlət Universiteti olub.
Komanda həm Northern Eurasia Regional Champion titulunu təsdiqlədi, həm də finalda 11 məsələni həll edərək birinciliyə yüksəldi. Hətta yarışın əvvəlində “Problem B – Blackboard Game” tapşırığını ilk həll edən də məhz onlar olub.
TEZADLAR.AZ  xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
Onun sözlərinə görə, Sankt-Peterburq Dövlət Universitetinin dünya universitetləri sırasında belə bir yüksək nəticə əldə etməsi Rusiya universitetlərinin hələ də proqramlaşdırma yarışlarında güclü ənənə və məktəbə sahib olmasındadır.
“Bu nəticə göstərir ki, Rusiya universitetləri hələ də proqramlaşdırma yarışlarında güclü ənənə və məktəbə sahibdirlər. Onların uzun illərdir davam edən sistemli hazırlıq və strateji yanaşmaları beynəlxalq arenada öz sözünü deyir”, -deyə sosial media hesabında qeyd edib.
Qeyd edək ki, Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalında 50-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edib.
Azərbaycanı BANM və ADA-nın iki komandası təmsil edib.
İCPC2025 qalibləri aşağıdakı universitetlər olub :
Qızıl medalçılar:
Sankt- Peterburq Dövlət Universiteti, Tokio Universuteti, Sinxua Universiteti, Beijing Universiteti.
Gümüş medalçılar:
Pekin Universiteti, Harvard Universiteti, Zaqreb Universiteti, Masaçusets Universiteti.
Bürünc medalçılar:
Çin Elm və Texnologiya Universiteti, Seul Universiteti, Navoi Sad Universiteti, Saratov Dövlət Universiteti.
Əlavə edək ki, ICPC 2025-də dünyanın ən güclü universitetləri belə mükafat qazana bilməyiblər…

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!