Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti tamamilə çətinləşib. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı vəziyyəti olduqca çətinləşdirib. Hazırda vəziyyət belədir:
1. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər cidfi sıxlıq müşahidə olunur.
XXX
Məlum olduğu kimi, ölkədə yollardakı təhlükəsiz hərəkətə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavabdehdir. Bu agentlik yaranandan bütün diqqəti Bakının mövcud yollarını daraldaraq parklamalardan pul qazanmağa və eyni zamanda parklama qaydalarını pozma bəhanəsi ilə sürücüləri cərimələməyə yönəldilib. Velosiped və harda gəldi avtobus zolaqlarını da bu niyyətə ünvan ediblər. Beləliklə, Bakının yolları bəzi yerlərdə 20, 40, bəzi yollarda isə 60-80 faiz daraldılıb.
Bu azmış kimi, paytaxt yollarının bəzi yerlərindı isə DYP tərəfindən “Dayanma- durma” kimi qadağanedici nişan quraşdırılıb. Sürücülər həyat üçün zəruru olan market və aptek və s. xidmət obyektlərinin qarşısında avtomobil saxlaya bilmir.
Beləliklə, Bakının yollarındakı bu “qaz vurub- qazan doldurma” yarışı paytaxt yollarını iflic edib. Kimlərinsə sürücü və ya yol iştirakçılarının hesabına qazanc həvəsi vəziyyəti artıq kritik duruma gətirib çıxarmaqdadır. Bakı cərimə və pulyığma şəhəri olub. Hara baxırsan, Azərbaycan bayrağı, igid oğullarımızın portretləri yerinə parklama nişanları ilə dolub- daşır… Belə getsə, BMT Təhlükəsizlik Şurası işə qarışmalı olacaq. Çünki AYNA Bakının yollarında hərəkəti təhlükəli vəziyyətə çatdırıb…
A.Məmmədli