18 Avqust 2025 / 17:45

Bakıda Şəhidlər Xiyabanında şəhidlərimizi təhqir edən ərəblər həbs olundu

Bu gün Bakıda Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı stintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Tezadlar.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!