Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bakı sakinləri və şəhərin qonaqları bu səhəri yenə qanqaraldan faktla yola verməli oldu…
Tezadlar.az bildirir ki, paytaxtın aşağıda siyahısını təqdim etdiyimiz yolları keçilməzdir… DİN- nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də çarəsiz qalıb. Bu da keçilməz yollar. Bakının icra sahibləri isə illərdir susur. Barama qurdunun gününə düşüb özü- özünə tələ quran paytaxt, sanki idarə edilmir:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
5. “20 Yanvar” dairəsində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
8. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
15. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.