Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 18:56

Bakının səhər və axşamının tıxacı- SİYAHI

Bakının artıq son vaxtlar təkcə səhərləri deyil, axşamları da tıxacsız keçinmir. Bu dəqiqələrdə də belədir, bir sıra yollarında tıxac yaranıb.  Tezadlar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bu da siyahı:

1. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

11. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

12. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

14. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

15. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

16. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Eybi yox, Müqəddəs Qurban bayramı ərəfəsində kimi pulunu, kimi qoyun-keçisini, siz də qızıl kimi vaxtınızın 1-2 saatını tıxaca qurban verin… Dünya dağılmaz ki!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!