Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən:
– Bakı-Sumqayıt şosesi Sumqayıt;
– Tbilisi prospekti, Sumqayıt;
– Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;
– Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;
– Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.
Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.