Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər nəticəsində 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək, maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
RÖVŞANƏ