Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Dekabr 2025 / 11:06

“Balaca Heydərin iki uşağı var – iki oğul” – İlham Əliyev (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə səmimi söhbət ediblər.

Tezadlar.az  Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Prezidentə minnətdarlığını bildirən sakinlərdən biri  Maarif Hüseynov dedi: Öpürəm Sizi. Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Ağdamın əhalisi səni çox istəyir, sənin arxandadır, necə deyim, ürəyin istəyən qədər sənə köməyi var. Öpürəm səni, öpürəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Bilirsiniz, biz Eyvazxanbəylidə də gözəl bir mərkəz yaradacağıq.

Maarif Hüseynov: Sağ olun, bilirəm, bilirəm.

Prezident İlham Əliyev: Yəni atın əsl vətəni oradır da, bilirsiniz.

Maarif Hüseynov: Oradır, amma inanın ki, o nəslin korlanmasının qarşısını alan birinci növbədə Ulu Öndərimiz Heydər Əliyev oldu.

Prezident İlham Əliyev: Amma siz o vaxt o atları çıxarmasaydınız, onlar batacaqdı.

Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.

Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).

Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: İki uşağı var.

Sakinlər: Allah saxlasın.

Prezident İlham Əliyev: İki oğul.

Maarif Hüseynov: Siz Azərbaycanı bütün dünyada tanıdırsınız. Siz o polad yumruğunuzla elə cəsarətli komandanlıq edirdiniz ki, həyatda heç vaxt uduzmazsınız. Siz xeyirxah adamsınız. Bax o da, Siz də. Yaradırsınız, xalqı yaşadırsınız, xalqa çörək verirsiniz. Bunlar hamısı Sizin qanınızda var, Sizdə var. Sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Təbrik edirəm, xoşbəxt yaşayın.

Maarif Hüseynov: Çox sağ olun, Allah Sizdən razı olsun.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!