Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İndoneziyanın Bali şəhərində valyutadəyişmə məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən 35 yaşlı azərbaycanlı kişi həbs edilib.
“Tezadlar.az” xəbər verir ki, o, pulu oğurlamaqla yanaşı, məntəqənin əməkdaşına da hücum edib.
“Günahkarın oğurladığı pulun ümumi məbləği 191.150.000 rupi (təxminən 19 min AZN) idi. Cinayətkar əvvəlcə əməkdaşa hücum edib, ona güc tətbiq edərək masanın üstündəki pulu götürüb qaçıb”, – şəhər polisinin sözçüsü bildirib.
Qeyd edilir ki, azərbaycanlı hücumu Coni adlı dostu ilə birlikdə həyata keçirib, lakin Coni hadisə zamanı qaçmağı bacarıb. Polis hələlik onun milliyyətini açıqlamayıb.