Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Bu ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat təşkil edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat verib.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu – 13 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 503 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 520,8 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 235,2 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:
| Regionlar üzrə cəlb olunmuş əmanətlər | ||
| Regionların adı | Cəmi (min manat) | Orta % dərəcəsi |
| Bakı iqtisadi rayonu | 12,977,758 | 4.36% |
| Abşeron-Xızı iqtisadi rayonu | 520,788 | 6.29% |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 235,177 | 6.15% |
| Quba-Xaçmaz iqtisadi rayonu | 138,748 | 5.59% |
| Lənkəran-Astara iqtisadi rayonu | 131,786 | 5.36% |
| Şəki-Zaqatala iqtisadi rayonu | 126,492 | 4.65% |
| Mərkəzi Aran iqtisadi rayonu | 123,797 | 5.53% |
| Qazax-Tovuz iqtisadi rayonu | 110,475 | 6.02% |
| Qarabağ iqtisadi rayonu | 91,826 | 4.87% |
| Naxçıvan iqtisadi rayonu | 74,278 | 3.74% |
| Şirvan-Salyan iqtisadi rayonu | 71,004 | 4.33% |
| Mil-Muğan iqtisadi rayonu | 52,310 | 3.51% |
| Dağlıq Şirvan iqtisadi rayonu | 43,713 | 5.35% |
| Şərqi Zəngəzur iqtisadi rayonu | 503 | 2.70% |
| Cəmi | 14,698,654 | 4.50% |