20 Oktyabr 2025 / 12:53

BANM-də “Gənc İstedadlar Proqramı” çərçivəsində infosessiya təşkil olunub – FOTOLAR

SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün infosessiya təşkil olunub.
Tezadlar.az  xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“SOCAR-ın İstedadların İdarə Edilməsi və Biznes Tərəfdaşlığı Departamentinin rəis müavini Şəhriyar Şahkərəmli və İşə qəbul şöbəsinin aparıcı mütəxəssisi Rəşad Ələkbərov proqram haqqında geniş məlumat verib, seçim prosesi, təqdim etdiyi üstünlüklərdən danışıblar.
Tədbirdə həmçinin BANM məzunları və proqramın qalibləri – hazırda “SOCAR Türkiyə”də çalışan Əkbər Qurbanov, “SOCAR Downstream”də fəaliyyət göstərən Ayşən Qənbərli, “SOCAR Türkiyə”də yeni işə başlayacaq Nərmin Nağıyeva və Emil Rəcəbov şəxsi təcrübələrini bölüşərək tələbələri proqramdan yararlanmağa çağırıblar”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!