BANM-nin iki komandası İstanbulda keçirilən “Teknofest-2025”-də yer qazanıblar – FOTOLAR
İstanbulda keçirilən “Teknofest-2025” Aerokosmik və Texnologiya Festivalında iki komandamız medal qazandı.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib:
““Daşaltı – BHOS” komandası Maliyyə texnologiyaları kateqoriyasında 2-ci yeri, “Xudafərin BHOS” komandası isə Ağıllı nəqliyyat kateqoriyasında 3-cü yeri tutdu. Komandalarımızı ürəkdən təbrik edirəm”.