21 Oktyabr 2025 / 12:46

BANM Statistik olimpiadanın qalibi olublar – FOTOLAR

Bakı Ali Neft Məktəbinin tələbələri Dövlət Statistika Komitəsinin Ümumdünya Statistika Günü ilə bağlı təşkil etdiyi Statistik olimpiadanın qalibi olublar.

Tezadlar.az   xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“198 nəfər tələbə arasından seçilən Biznesin idarə edilməsi ixtisasının V kurs tələbəsi Murad Xəlilli I, həmin ixtisasın IV kurs tələbəsi Arif Aslanov isə II yerə layiq görülüb. Qalib tələbələrimizə diplom və hədiyyələr təqdim olunub”, – deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!