Bakı Ali Neft Məktəbində (BANM) “Data analitikası” ixtisası açılır.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.
Rektor ixtisasın açılma səbəbini bu cür izah edib:
“Bəs nə üçün “Data analitikası” ?
Məqsəd:
Böyük həcmli məlumatların toplanması, təhlili, vizuallaşdırılması və əsaslandırılmış qərarların verilməsi bacarıqlarını formalaşdırmaq.
Əsas bacarıqlar:
Riyazi modelləşdirmə, statistika, proqramlaşdırma (Python , R , SQL ), məlumat vizuallaşdırması və analitik düşüncə .
Tətbiq sahələri:
İqtisadiyyat , maliyyə, səhiyyə , IT , logistika , təhsil və dövlət sektoru .
Karyera imkanları:
Data analitiki , Data Scientist , biznes analitiki , məlumat mühəndisi , vizuallaşdırma üzrə mütəxəssis .
Təhsil imkanları:
Data Science , süni intellekt , statistik modelləşdirmə , proqram mühəndisliyi və maliyyə üzrə magistr və doktorantura proqramları”, – deyə vurğulayıb.
JASMİN