Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.
Tezadlar,az xatırladır ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək. Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.