Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əslində, ailə quranadək də məşhur idi – modelyer, aktrisa Nikola. Şöhrəti isə yalnız aktyorluq və modellikdən də qaynaqlanmır. Nikola Peltz milyarder və ABŞ-ın ən varlı iş adamlarından biri olan Nelson Peltzin qızıdır.
Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, Nikola şahzadəliyi hələ atası evində yaşayarkən dadmışdı. Daha sonra, bu şöhrət və güc sayəsində o, asanlıqla Hollivuda çatdı, bir neçə filmdə rol aldı və təbii gözəlliyi ilə modellik karyerasında uğur qazandı. Nikola Peltzi dünyaya tanıdan isə onun evliliyi oldu. İmkan və gücə malik Nikola başqa bir məşhur ailənin gəlini oldu. O, ərinin ailəsi ilə yola gedə bilmədi və adı xəbər başlıqlarında görünməyə başladı.

***
2022-ci ildə Nikola Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklinlə evləndi və birdən-birə bu məşhur ailənin üzvü olduqdan sonra hamı onun haqqında danışmağa başladı. Lakin sonradan ərinin valideynləri ilə münasibətləri pisləşdi, çünki o, onları heç sevmədi.
Və nəhayət, o, ərini də ailəsindən uzaqlaşdırdı. Bruklin Bekhem anası Viktoriyanı, atası Devidi və bütün bacı-qardaşlarını həyatından çıxardı.

Bütün baş verənlər isə məşhur gəlini heç kədərləndirmir və izləyiciləri onun həyat yoldaşı ilə paylaşdığı romantik fotoları seyr etməkdədir…

İndi isə şan-şöhrətli ulduz haqqında yeni bir iddia dolaşmağa başlayıb: Nikola Peltz milyarder atası Nelson Peltzdən ayda 1 milyon dollar xərclik alır.
Bu, dodaq uçuqladacaq xərclik pulu isə Nikolanın Bekhemin valideynlərindən aldığı düşünülən maliyyə dəstəyi ilə tamamilə ziddiyyət təşkil edir.
Populyar mədəniyyətdə Bekhemlər qədər tanınmasa da, Nelson Peltzin sərvəti qudalarının sərvətini kölgədə qoyur. İş adamının sərvəti 1,6 milyard dollar, Bekhemlərin sərvəti isə 680 milyon dollardır.

Bekhemlərin də oğulları Bruklinə maliyyə dəstəyi göstərdiyi məlumdur. Lakin bu dəstəyə baxmayaraq, Nelson Peltz ərköyün böyütdüyü yeganə qızına ayda təxminən bir milyon dollar verməkdən də çəkinmir.
Yayılan məlumatlara görə, qızının Bruklin Bekhemlə olan toy xərclərini də özü ödəyib və toya 3,5 milyon dollar xərcləyib.
Həmçinin, gənc cütlüyün Los-Ancelesdə yaşadığı 11 milyon dollar dəyərində olan ev də Nikola Peltzin adınadır.
Bəli, iki quda – zəhmətsevərliklə varlanan Bekhemlər və iş adamı Nikola Peltz.
Və uzun illərdir yayılan şayiələr. O şayiələr dildən -dilə dolaşır və idda olunur ki, Peltz heç zaman qudalarını özünə layiq bilməyib və onlara yuxarıdan aşağı baxıb….
JASMİN