27 Aprel 2023 / 09:43

BELARUS PREZİDENTİ VƏZİFƏSİNƏ İDDİAÇI BABARİKO XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Belarus prezidenti postuna iddialı Viktor Babariko Novopolotsk xəstəxanasına yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə REFORM.by portalı məlumat yayıb.

Portalın məlumatına görə, Babariko aprelin 24-dən 25-nə keçən gecə xəstəxanaya yerləşdirilib. O, çoxsaylı bədən xəsarətləri ilə Novopolotsk mərkəzi şəhər xəstəxanasına çatdırılıb. Babariko Novopolotskdakı İK-1-də cəza çəkir.

“Viktor Babariko Cərrahiyyə şöbəsindədir, vəziyyəti orta-ağırdır, pnevmotoraks olduğu məlumdur. O, döyülmə izləri ilə daxil olub”, – məlumatda deyilir.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya həbsdə olan Babarikonu ictimaiyyət qarşısında nümayiş etdirməyi tələb edib.

Bundan əvvəl belaruslu müxalifətçi Mariya Kolesnikova reanimasiyaya yerləşdirilib. Bu barədə Babariko özünün Telegram kanalında yazıb. Mariya noyabrın 28-də Qomeldə reanimasiya şöbəsində təcili yardıma aparılıb. Bu məlumatı xəstəxanada olan vəkilə təsdiqləyiblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!