Belçikanın hökumət başçısı Bart de Vever işə adətən tramvayla gedir… Bu barədə Belçikada səyahətdə olan “Təzadlar”ın oxucularından biri məlumat verib. O, tramvayda hərəkətdə olarkən təsadüfən növbəti dayanacaqda Bart de Veverin salona daxil olub biletini qeydiiyyatdan keçirdiyinin şahidi olub. Sonra bəzi sərnişinlərin onunla mehriban görüşdüyünü diqqətə alaraq sərnişinlərdən onun kimliyini soruşub. Sərnişinlər bildiriblər ki, bu şəxs Belçikanın baş naziri Bart de Veverdir.
***
Bu ilin fevralın 2-də Belçikada təqribən səkkiz aylıq koalisiya danışıqlarının yekununda ölkədə yeni hökumət qurulub və Baş nazir müəyyənləşib.
Yerli mətbuatın məlumatına görə, ötən il iyunun 9-da keçirilən seçkilərdən qalib çıxmış Yeni Flaman Alyansının lideri Bart de Vever bu dəfə Belçikanın yeni hökumət başçısı kimi fəaliyyətə başlayıb. O, Kral Filipin hüzurunda and içərək vəzifəsinə başlayıb.
Bax belə…
A.Məmmədli