13 May 2024 / 15:51

BELQOROD ŞƏHƏRİNİN ATƏŞƏ TUTULMASI NƏTİCƏSİNDƏ 7 MÜLKİ ŞƏXS YARALANIB

Belqorodda Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması zamanı 7 mülki şəxs yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

“Bizim hava hücumundan müdafiə sistemimiz Belqorod və Belqorod vilayəti üzərində işləyirdi – şəhərə yaxınlaşarkən bir neçə hava hədəfi vurulub”, – deyə bölgə rəhbəri yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!