15 Mart 2024 / 13:31

BELQOROD VİLAYƏTİNDƏ UKRAYNANIN PUA-SI VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 15-də saat 15:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava gəmisi Belqorod vilayəti ərazisi üzərində məhv edilib”,  – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!