17 Aprel 2024 / 13:03

BELQOROD VİLAYƏTİNDƏ UKRAYNAYA MƏXSUS PUA VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna təyyarəsi tipli pilotsuz təyyarəni vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 17-də saat 14:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, – departamentin açıqlamasında deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!