13 Mart 2024 / 12:55

BELQOROD VİLAYƏTİNİN TİŞANKA KƏNDİ USQ TƏRƏFİNDƏN ATƏŞƏ TUTULUB

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Volokonovski rayonunun Tişanka kəndini atəşə tutub, itki yoxdur.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov məlumat verib.

“Volokonovski rayonunun Tişanka kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. İtki yoxdur. Atışma nəticəsində şəxsi yaşayış binasının yardımçı tikilisinə ziyan dəyib”, – o, Telegram kanalında yazıb.

Qubernatorun sözlərinə görə, təcili yardım xidmətləri yerindədir və qapı-qapı ziyarətləri davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!