Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyun 2025 / 21:29

Benyamin Netanyahu İran xalqını ayağa qalxmağa çağırıb: “Qadın, həyat, azadlıq!”

“Rejim onları nəyin vurduğunu və nəyin vuracağını bilmir.”

TEZADLAR.AZ  Deutsche Welle-yə istinadən xəbər verir ki, , İsrailin baş naziri İran xalqına müraciətində “İranın qürurlu xalqını” İslam Respublikası rəhbərliyinə qarşı ayağa qalxmağa çağırıb.

Netanyahu iyunun 13-də cümə günü axşam saatlarında yayımladığı videomüraciətdə, “Rejim onları nəyin vurduğunu və nəyin vuracağını bilmir. O heç vaxt bu qədər zəif olmamışdı. Bu, ayağa qalxmaq və səsinizi eşitdirmək fürsətinizdir” – deyib.

O, “Qadın, həyat, azadlıq!” şüarını da təkrarlayıb, hansı ki, 2022-ci ildə İranda hökumət əleyhinə etirazlar zamanı səsləndirilib.

“50 ilə yaxındır sizə zülm edən İslam rejimi ölkəmizi məhv etməklə hədələyir”, – deyə Netanyahu bildirib.

İsrailin Baş naziri çıxışı zamanı vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatın məqsədi “islam rejimindən qaynaqlanan nüvə və ballistik təhlükənin qarşısını almaqdır”.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı bir sıra hədəflərə, o cümlədən Tehrandakı obyektlərə və Natanzdakı nüvə mərkəzinə güclü zərbələr endirib. Hücumlarda digərləri ilə yanaşı, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, 9 nüvə alimi də həlak olub.

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki , İsrailin zərbələri müharibə elanıdır. İsrailin hava hücumlarına cavab olaraq İran İsrail ərazisinə 100-ə yaxın pilotsuz uçuş aparatı atıb.

İsrailin müdafiə naziri İsrael Kats deyib ki, Tehran “İsraildəki mülki əhaliyə raket atmağa cəsarət etdikdən sonra qırmızı xətti keçib”.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!