Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən ilin sonunda benzin və dizel yanacağının qiymətinin artırılmasının illik inflyasiyaya birbaşa təsiri 0,31%, dolayı təsiri isə 0,33% səviyyəsində qiymətləndirilir. Tezadlar.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. Beləliklə, qiymət artımının inflyasiyaya ümumi artırıcı təsiri 0,64% təşkil edir.