Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 20:19

Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 və 4 №-li kitabxana filialları T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə görkəmli söz ustası, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı tədbir keçirib.

Tezadlar.az xəbər verir ki, tədbirdə görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaratdığı obrazlardan, şeirlərindən, dramaturgiyaya gətirdiyi yeniliklərdən bəhs edilib.

Çıxışlarda Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığa malik bir şair olduğu qeyd olunub. Bildirilib ki, o öz vətənini və xalqını sonsuz məhəbbətlə sevən içtimai-siyasi xadim, azadlıq aşiqi və həssas qəlbli şair idi. Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

Sonda görkəmli şairin şeirləri səsləndirilib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!