Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2025 / 10:22

Bir gecədə İsrail xəstəxanalarına 90-dan çox yaralı yerləşdirilib

İyunun 18-nə keçən gecə İranın endirdiyi zərbələr nəticəsində 94 yaralı İsrail xəstəxanalarına yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrailin 12 telekanalı nazirliyin bəyanatından sitat gətirir: “Gecə ərzində 94 nəfər xəstəxanalara müraciət edib.

Onlardan biri ağır, 85 nəfər isə yüngül xəsarət alıb.

Xatırladaq ki, iyunun 17-də İranın raket hücumları nəticəsində 24 nəfərin öldüyü, 647 nəfərin yaralandığı bildirilmişdi.

Tərəflər arasında hücumlar davam edir. İran və İsrail şəhərlərində hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir. Tehran və Təl-Əviv mütəmadi olaraq obyektlərin dağıdılması barədə məlumat verir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!