20 Avqust 2025 / 21:56

Bir neçə rayonda qaz verilişi müvəqqəti dayandırılır

20:02

Ordubad rayonunun bəzi kəndlərində yeni qaz tənzimləyici quraşdırılması ilə bağlı qaz təchizatı dayandırılacaq.

Tezadlar.az xəbər verir ki, Ordubad şəhərinin Üçtürləngə küçəsində, Ordubad rayonunun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüs-Nüs kəndlərində( 917 abonent) 21.08.2025 tarixdə saat 11:00-dən saat 12:00-dək, Ordubad şəhərinin C.Hüseynov küçəsində (85 abonent) saat 11:00-dən saat 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

——–
11:44

Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.

Bu barədə Tezadlar-a “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!