Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşanın hava məkanında pilotsuz təyyarələrlə insident Ukrayna münaqişəsinin “genişlənmə riskin”dən xəbər verir.
Tezadlar.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib. Bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, bu gün – sentyabrın 10-na keçən gecə Rusiya hərbçiləri Ukraynadakı hədəflərə genişmiqyaslı hücuma keçib. Elə həmin gecə ukraynalı döyüşçülər Polşaya doğru 19 pilotsuz uçan aparat atıb, onlardan 4-ü respublikanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Qərb siyasətçiləri hadisədə Rusiyanı əsassız ittiham edərək, Moskvaya qarşı sərt tədbirlər görəcəklərini, alyansın müdafiəsini gücləndirəcəklərini vəd ediblər.
“Rusiya pilotsuz təyyarələri və raketlərinin Ukraynaya növbəti irimiqyaslı hücumu zamanı baş verdiyi bildirilən insident bir daha regional təsirləri və bu dağıdıcı münaqişənin genişlənməsinin real riskindən xəbər verir”, – Düjarrik qeyd edib.
Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş bu fövqəladə vəziyyətlə bağlı xəbərləri böyük narahatlıqla izləyir.
E.ŞİRİNOV