Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynada münaqişə 2022-ci ilin fevralında deyil, hələ 2014-cü ildə başlayıb. Bu sözləri BMT baş katibinin köməkçisi Miroslav Yença deyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Ukraynada silahlı münaqişə 2022-ci il fevralın 24-də başlamadı, ölkənin şərqində 2014-cü ildən davam edir”,- o deyib.
Xatırladaq ki, Ukraynanın şərqində münaqişə 2014-cü ildə ölkədə hakimiyyət dəyişikliyindən və Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra başlayıb. Nəticədə, yeni rəhbərliyi tanımayan Donetsk və Luqansk Xalq Respublikalarının ərazilərində hərbi əməliyyatlar başladı, çünki Kiyev onların ərazisində “genişmiqyaslı antiterror əməliyyatı” elan etdi. Daha sonra Donbassdakı vəziyyətin nizamlanmasına dair Rusiya Federasiyası ilə Ukrayna arasında Minsk razılaşmaları imzalanıb. Lakin Kiyev əvvəlcə onları dəfələrlə pozdu, sonra isə tamamilə tabe olmaqdan imtina etdi və bu, Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi hücuma keçməsinə səbəb oldu.
E.ŞİRİNOV